“Forbes” jurnalının rus nəşri Rusiyada ən çox gəlir vergisi ödəyən iş adamlarının siyahısını dərc edib. Siyahıdakı 22 nəfər 2023-cü ildə 1 milyard rubldan çox (təxminən 11 milyon dollar) vergi ödəyib.
Hafta.az-ın yazdığına görə, siyahının başında enerji nəhəngi Novatek-in baş direktoru Leonid Mixelson qərarlaşıb. Mixelson 2023-cü ildə xüsusilə təbii qaz və enerji sektoruna etdiyi investisiyalar sayəsində 4,5 milyard rubldan (50 milyon dollar) çox vergi ödəyib. “Forbes” Mixelsonun sərvətinin 24 milyard dollar olaraq açıqlayıb.
İkinci yerdə İlya Dimovdur. Böyük bir logistika və nəqliyyat şirkətinin sahibi olan Dimov sektordakı uğurlu fəaliyyəti ilə 2023-cü ildə 2,8 milyard rubl vergi ödəyib. Dimovun müəssisələri Rusiyanın müxtəlif bölgələrində mühüm logistika xidmətləri göstərən geniş təsir dairəsi yaradıblar.
Üçüncü yerdə texnologiya və proqram təminatı sektorunda fəaliyyət göstərən Pyotr Hodikin qərarlaşıb. Hodikin sahibi olduğu texnologiya şirkəti 2023-cü ildə 2,3 milyard rubl vergi ödəyib. Xüsusilə proqram təminatı ixracatındakı uğurları Hodikini ən çox vergi ödəyən iş adamları siyahısına saldı.