Rusiyanın nüvə sektoruna məhdudiyyətlər qoyula bilər

18:52 13.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Polşa və Litva Avropa İttifaqından Moskva və Minskə qarşı yeni sanksiyalar çərçivəsində Rusiyanın nüvə sektoruna məhdudiyyətlər qoymasını istəyirlər.

Aİ-nin anti-Rusiya şahinləri daha çox “Rusiya təbliğatı” mediasına qadağa qoyulmasını və daha çox Rusiya bankının qlobal SWIFT sistemindən çıxarılmasını təklif edəcəklər, diplomatlar adının çəkilməsini istəməyərək bildiriblər. “Aİ-də yeni sanksiyalar üçün lazımi yekdilliyə nail olmaq getdikcə çətinləşir. Bununla belə, biz iddialı yeni paket təklif edəcəyik”, - diplomatlardan biri bildirib.

Onların fikrincə, Aİ-nin 10-cu sanksiyalar paketi fevralın 24-nə qədər hazır olmalıdır.