Rusiyanın parçalanması nəticəsində 6 TÜRK DÖVLƏTİ YARANACAQ - PROQNOZ

18:45 14.02.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Əvvəla, Rusiya Çinin inkişafının, eləcə də dünya, o cümlədən Avropadakı qlobal proseslərə müdaxiləsinin qarşını ala bilmir. Artıq Pekinin “Bir kəməl-bir yol” layihəsinin qarşısının Rusiya tərəfindən Qazaxıstan və Orta Asiyada alınması cəhdi uğursuzluğa düçar oldu. Belə ki, Putini qoşunlarını Qazaxıstandan çıxarmağa məhz Çin və Türkiyə məcbur etdi... Amma iş ondadır ki, Rusiyanın Sibir torpaqları  Çinə o qədər də lazım deyil, çünki çinlilər orada yaşaya bilməz. 

Bu fikirləri hafta.az-a politoloq Cümşüd Nuriyev deyib:

"Digər tərəfdən,  Avropa Rusiyanın parçalanmasını istəməsə də, Britaniya və ABŞ istəyir. Və anqlosakslar nə zaman nəyi istəyiblərsə, ona nail olublar. Bu parçalanma əslində bizə, türklərə də sərf edir. Çünki Turanın qurulmasına ən böyük maneçilik göstərən məhz elə Rusiyadır. Amma vaxtilə Turan da olub, İran da olub və Çin üçün ciddi problem yaratmayıb. Çin bunu çox gözəl bilir. Bu, Rusiyanın təbliğ etdiyi ideyadır ki, Qərb bizim ölkəni parçalamaq istəmir, çünki  Çinin təcavüzünün qarşısını ala bilməyəcək. Əslində ABŞ bunu istəyir. Mən Amerika analitiklərinin layihə-proqnozlarına baxmışam: Rusiyanın parçalanması nəticəsində 6 türk dövləti yaradılacaq. Bura hələ Çeçenistan, İnquşetyiya, Dağıstanı daxil etmirlər.  Qaraçay-Çərkəz, Kalmıkiya, Başqırdıstan, Tatarıstan, Saxa(Yakutiya) və Altay. Bunlardan ən böyüyü Saxadır ki, ərazisi təxminən Çin boydadır...

Əslində planetin 1/6-i tutan Rusiya dünyanın inkişafı qarşısında bir əngəldir. Nə dövlətçilik ənənəsi normaldır, nə hazırkı siyasi fəaliyyəti,  nə də yaşayış sistemi normaldır..."