Rusiyanın uşaqları Borçalıda azərbaycanlıları sıxışdırırlar

10:46 22.09.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Gürcüstanda azərbaycanlılara qarşı zorakılıq və onların gürcü dilini bilmədiklərinə görə hücuma məruz qalmaları planlı şəkildə aparılır".

Bunu hafta.az-a açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib.

Ekspert vurğulayıb ki, Rusiyada da eyni ssenari tətbiq olunur:

"Görünür, Rusiyanın Gürcüstandakı nümayəndəsi Bidzina İvanaşvilinin kölgəsində olan "Gürcü Arzusu" bütün təlimatları Moskvadan alır. Zəngəzur dəhlizinin açılmasına görə təşvişə düşən "Gürcü Arzusu" - Rusiyanın uşaqları - Borçalıda azərbaycanlıları sıxışdırırlar. Gürcüstan hökuməti Rusiya hakimiyyəti kimi siyasət aparır. Yəni onun kimi Qərblə münasibətləri kəskinləşdirir və qonşularla problemlər yaradır".