Rusiyada Ümumdünya Psixi Sağlamlıq Günü münasibətilə keçirilən sorğuda ən xoşbəxt və bədbəxt insanların hansı bölgələrdə yaşadığı sualına cavab axtarılıb.
Hafta.az-ın yazdığına görə, "Budu"nun sorğusuna əsasən, Rusiyada psixi sağlamlığı ən pis olan regionlar Nijni Novqorod, Krasnoyarsk və Rostovdur. Nijni Novqorod sakinləri psixi sağlamlıqlarını 10-dan 4-ə qiymətləndiriblər. Krasnoyarskda bu bal 4,1, Rostovda isə 4,7-dir.
Moskva və Sankt-Peterburq sakinləri 15 bölgəni ən pisdən yaxşıya doğru sıralayan araşdırmada 7-8-ci yerlərdə qərarlaşıblar. Paytaxt sakinləri psixi sağlamlıqlarını hər biri 5,2 balla qiymətləndiriblər.
Ən xoşbəxt insanlar Samara, Sverdlovsk (Yekatrinburq) və Çelyabnisk vilayətlərində yaşayanlardır. Bu bölgələrdən olan respondentlər psixi sağlamlıqlarına müvafiq olaraq 10 baldan 6,6, 6,3 və 6 bal veriblər.
Sorğuda iştirak edənlərin 17 faizi müalicəyə getdiyini bildirir.