Rusiyapərəst erməni iş adamı Ermənistanın məşhur telekanalına sahib oldu

14:36 21.01.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Erməni əsilli rusiyalı iş adamı,  rusiyapərəst mövqeyi ilə seçilən xeyriyyəçi Ruben Vardanyan Ermənistanın məşhur “Armnews” telekanalını alıb.

Hafta.az xəbər verir ki, bu haqda  “Hraparak” qəzeti yazıb.

Nəşr qeyd edir ki, ötən il parlamentə keçirilmiş seçkilərdən sonra kanal faktiki olaraq passiv rejimə keçib. İndi isə mülkiyyətçi dəyişikliyi ilə fevral ayından etibarən adi qaydada işini bərpa edəcək.

Erməni qəzeti yazır ki, kanalın özəyi qalıb və tezliklə ictimaiyyət məşhur simaları yenidən ekranlardan görəcək. Nəşrin yazdığına görə, Vardanyan Ermənistanda siyasi layihələr üzərində işləyir və “Həyat üçün ölkə” partiyasına sponsorluq edir. Telekanalın sahibinin dəyişməsi keyfiyyət və məzmunda müəyyən dəyişikliklərə səbəb olacaq.

Qeyd edək ki, bəzi məlumatlara görə, “Armnews”  telekanalı bundan əvvəl Ermənistanın terrorçu eks-prezidenti Serjik Sərkisyanın kürəkəni, Vatikandakı keçmiş səfir Mikael Minasyana məxsus olub.

Oxunma sayı 81