Rusiyaya gedənlərin nəzərinə: ən yaşanmalı şəhərləri tanıyın

09:30 23.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Tikinti Nazirliyi və DOM.RF tərəfindən Rusiyanın 1117 şəhəri araşdırılaraq hazırlanan "Şəhər Ətraf Mühitinin Keyfiyyəti İndeksi"nin nəticələri açıqlanıb. Belə ki, Rusiyanın 2022-ci il məlumatlarına əsasən, iri və kiçik şəhərlər həyat keyfiyyəti baxımından üst sıralar təyin olunub.

Hafta.az-ın “Moskovskaya Komsomolets”ə istinadən yazdığına görə, göstərici hazırlanarkən əhali və regional fərqlər nəzərə alınmaqla 36 meyar üzrə maksimum 360 balla qiymətləndirmə aparılıb. Buna əsasən, əhalisinin sayı 250 minlə 1 milyon arasında olan ən yüksək həyat keyfiyyətinə malik 5 şəhər bunlardır: Mtişi (Moskva bölgəsi) 241 xal, Qroznı 241 xal, Tümen 240 xal, Soçi 235 xal, Belqorod 235 xal və Kalininqrad 233 xal.

Əhalisinin sayı 1 milyondan çox olan şəhərlərin ilk beşliyi isə belədir: Moskva 299 xal, Sankt-Peterburq 264 xal, Kazan 216 xal, Nijni Novqorod 214 xal və Roston-na-Don 212 xal.