Ruslar artıq Türkiyədə SberPay-la ödəniş edəcəklər

09:52 16.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın SberPay ödəmə sistemi Türkiyənin 81 vilayətində istifadə olunmağa başlayıb.

Hafta.az-ın yazdığına görə, ruslar SberPay vasitəsilə Türkiyədə 30 mindən çox restoran və mağazada komissiyasız ödənişlər edə biləcəklər. Kassirə və ya ofisiantlara Metropol QR ilə ödəmək istədiklərini bildirərək və QR kodunu skan etməklə ödəniş asanlıqla həyata keçiriləcək.

Türkiyədə SberPay-la edilən alış-verişin ödənişini necə etmək olar?

1.Ödənişin Metropol (Türkiyə ödəniş sistemi) vasitəsilə həyata keçiriləcəyini kassir və ya ofisiantlara bildirin.

2. Kassada və ya terminalda QR kodunu skan edin

3. SberPay ödəniş üsulunu seçin

4. Ödənişi təsdiqləyin, heç bir komissiya olmadan həyata keçiriləcək.

SberPay-ın Türkiyədəki istifadə sahələri kifayət qədər genişdir. Bu ödəniş üsulu 21 mindən çox restoran və kafedə, 6,5 min supermarketdə, 2,5 min ticarət mərkəzində və geyim mağazalarında keçərli olacaq.

Bu yenilik xüsusilə rusiyalı turistlər üçün böyük rahatlıq yaradır. 2022-ci ilin sentyabr ayına qədər Rusiyanın ödəniş sistemi Mir-in kartları Türkiyədə işləyirdi, lakin ABŞ-ın sanksiyalarından sonra yerli banklar bu kartları qəbul etməyi dayandırdılar. İndi SberPay ruslara Türkiyədə problemsiz alış-veriş etmək üçün yeni alternativ təklif edir.

Ödəniş prosesi üçün istifadəçilər Türkiyənin Metropol sistemi vasitəsilə məlumat verməli, payinturkey.com saytına daxil olaraq “Ödə” düyməsini sıxmalı, satıcının QR kodunu skan etməli və ödənişlərini SberPay vasitəsilə həyata keçirməlidirlər.

Bu inkişaf rus turistlərə pullarını Türkiyədə daha asan və təhlükəsiz şəkildə xərcləməyə imkan verir.