Ruslar neçə yaşında qocalırlar?

11:00 20.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskva Dövlət Universiteti və Elmlər Akademiyasının birgə tədqiqatı nəticəsində bəlli olub ki, 71 yaşına yaxınlaşan Rusiya vətəndaşları özlərini qoca hesab edir. 

Hafta.az-ın yazdığına görə, müxtəlif yaş qruplarından 1200 rusiyalının iştirakı ilə aparılan araşdırmada qocalığa çatmaq üçün orta yaş həddi 70,7 olduğu müəyyən edilib. Bununla belə, bir nüans var: Araşdırmada gənc iştirakçıların (18-24 yaş) verdiyi cavabların ortalaması 65,8, yaşlı iştirakçıların (65 yaşdan yuxarı) verdiyi cavabların (74,4) orta qiyməti hesablanır. Rusiyada qadınlar kişilərdən daha uzun yaşayırlar. "Rosstat"ın məlumatına görə, qadınlar arasında gözlənilən ömür uzunluğu 77,8 il təşkil edir. Kişilər üçün bu, cəmi 67,5-dir.

2023-cü il yanvarın 1-nə olan məlumata görə, 65 yaşdan yuxarı əhalinin 65,4 faizini qadınlar təşkil edir. Yaşı 85-dən yuxarı olanlar üçün bu göstərici 76,9 faiz təşkil edir.