Moskvada yay qabağı ən böyük kabus olan “puh” və ya çiçək tozu probleminin həlli axtarılmağa davam edir.
Hafta.az-ın yazdığına görə, Dövlət Dumasının sədr müavini Boris Çernışov sosial şəbəkədəki paylaşımında tozcuq problemini həll etmək üçün ekologiya mütəxəssislərini bir araya gətirməyə hazırlaşdığını açıqlayıb.
“Puh” işğalının moskvalılar üçün ciddi problem olduğunu vurğulayan Çernışov paytaxt sakinlərindən bu məsələ ilə bağlı onlara yüzlərlə şikayətin daxil olduğunu bildirib.
Mütəxəssislər tozcuqlardan xilas olmaq üçün ağacların kəsilməsinin ekoloji problemlər yaradacağına diqqət çəkirlər.
Federasiya Şurasının Aqro-ərzaq Siyasəti və Təbiət Komitəsinin eksperti Sergey Malikov deyib ki, “Şəhərdəki bütün qovaq ağaclarını kəsmək səhv olardı. Ağaclar ekosistemimizin vacib hissəsidir. Unutmayın ki, bu ağaclar radiasiya ilə mübarizə aparır”.