Yazını böyüt
Yazını kiçilt
Rusların Türkiyədə yatırdığı mənzil sərmayəsi bu ilin 9 ayında 2021-ci ilin eyni dövrü ilə müqayisədə yüzdə 199 artaraq 9 min 311 ədədə çatıb.
Hafta.az-ın yazdığına görə, Türkiyədə mənzillə yanaşı, ev və torpaq qiymətləri də 2022-ci ildə yüksək inflyasiyadan əziyyət çəkib. Bəzi ərazilərdə evlərin qiyməti 200 faiz artıb.
Sentyabrda Türkiyədə ümumilikdə 113 402 ev satılıb. TÜİK məlumatlarına görə, Rusiya vətəndaşları Türkiyədən 1196 ev alaraq əcnəbilərə satışda liderlik ediblər.
Ukraynalıların aldığı evlərin sayı 125 faiz artaraq 1775-ə çatıb.
Bu ilin 9 ayında Türkiyədə iranlılar 6 min 540, iraqlılar 5 min 255, Almaniya vətəndaşları 2 min 58, qazaxlar 2 min 45, əfqanlar 1487, küveytlilər 1318, yəmənlilər 1045, amerikalılar 1032 ev alıblar.