Yazını böyüt
Yazını kiçilt
Rusiyada aparılan sorğu göstərib ki, martın 15-17-də keçiriləcək prezident seçkilərində seçicilərin 81,8 faizi Vladimir Putini dəstəkləməyə hazırdır.
Hafta.az-ın yazdığına görə, “Russian Field”in sorğusuna əsasən, qərar verən seçicilərin 7,4 faizi “Yeni Xalq” Partiyasının namizədi Vladislav Davankava, 6,5 faizi isə Kommunist Partiyasının namizədi Nikolay Xaritonova səs verəcəklərini bildirib.
Liberal Demokrat Partiyasının namizədi Leonid Slutskinin səs faizi 3,9 faizdir.
Sorğu iştirakçılarının 0,4 faizi etibarsız səs verəcəyini bildirib.