Rusların hətta Qarabağ daxilində hərəkətlərinə məhdudiyyətlər var

14:38 31.10.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Artsax(qondarma-S.L.) silahlı qüvvələrinin(qanunsuz-S.L) silah-sursatı Azərbaycanın nəzarəti altındadır”.

Hafta.az xəbər verir ki, bunu News.am müxbiri ilə söhbətində ləğv olunmuş separatçı-terrorçu rejimin keçmiş qondarma “ərazi idarəetmə və infrastruktur naziri” Hayk Xanumyan qeyd edib.

 

“İndi nə deyə bilərsiz? Həmin silahların hansı rusların nəzarətindədir,  hansı yox. Bəs ruslar özləri haradadır?” sualını  sabiq separatçı “nazir” belə cavablandırıb:

“Rusların özlərinin hətta Qarabağ daxilində hərəkətinə məhdudiyyətlər var. Onları bir yerə buraxırlar, amma başqa bir yerdə saxlayır və oraya buraxmırlar”,-deyə H.Xanumyan vurğulayıb.

Rusiya “sülhməramlı”larının niyə qalması haqdakı suala isə keçmiş xunta məmuru bu cür cavab verib:

“Bilmirəm, bəlkə orada 4-5 erməni var, 2 min nəfər onları qoruyur? Düşünürəm ki, sülhməramlıların müddətləri bitəcək və gedəcəklər. Ya da Azərbaycan buna qədər müvafiq şərait yaradacaq və getməyə məcbur olacaqlar”.

Siyasət rubrikasından digər xəbərlər