Yazını böyüt
Yazını kiçilt
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili reanimasiya şöbəsinə köçürülür. Bu barədə jurnalistlərə Vahid Milli Hərəkat Partiyasının üzvü Giorgi Çiladze məlumat verib.
“Saakaşvilinin vəziyyəti təşviş doğurur, kritik səviyyədədir. Həyati əlamətlərini saxlamaq üçün onun reanimasiya şöbəsində olması zəruridir”.
Eks-prezidentin səhhətinin vəziyyəti ilə bağlı ailə üzvləri hələlik şərh verməyib. Xatırladaq ki, Saakaşvili səhhətindəki problemlərə görə 2022-ci ilin may ayından etibarən “Vivamed” özəl klinikasındadır.