Saathesabı əmək müqaviləsinə ilk onlar keçəcək

13:14 22.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Saathesabı əməkhaqqıya keçid layihəsi hazırda hökumətə təqdim olunub və müzakirə mərhələsindədir".

Hafta.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanda saathesabı əmək müqaviləsinə ilkin mərhələdə natamam və biraylıq əmək müqaviləsi ilə işləyənlərin keçidi planlaşdırılır.