Saatlı sakini könüllü olaraq polisə silah-sursat təhvil verib

16:11 03.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlı şəhər sakini İ.Əzizov saxladığı silah-sursatı könüllü olaraq polisə təhvil verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a məlumat verilib.

Bildirilir ki, aparılan profilaktiki tədbirlər nəticəsində Saatlı şəhər sakini İ.Əzizov “AKS-74U” markalı silahı, 4 ədəd patron darağını və 688 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Saatlı Rayon Polis Şöbəsinə təhvil vermişdir.