Yazını böyüt
Yazını kiçilt
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Şirinbəy kənd sakini X.Hüseynov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 386 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Araşdırmalar davam etdirilir.