Sabah bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

19:11 30.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Hafta.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, mayın 1-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.