Sabah bu ərazilərdə qaz olmayacaq

23:10 12.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabunçu rayonunun Maştağa və Qaradağ rayonunun Qızıldaş qəsəbələrində mövcud qaz xətləri üzərində təmir-quraşdırma işləri aparılacaq.

Hafta.az xəbər verir ki, bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, 13 may 2025-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək qeyd olunan qəsəbələrin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.