Sabah bu mərkəzlər işləməyəcək

17:06 28.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində növbəti bələdiyyə seçkiləri ilə əlaqədar qeyri-iş günü olacaq.

Bu barədə hafta.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) məlumat verilib.

Bildirilib ki, vətəndaşlar yanvarın 29-da yalnız hazır şəxsiyyət vəsiqələrinin verilməsi xidmətindən yararlana bilərlər.