Sabah ehtiyyatlı olun: ABŞ-ın kosmik gəmisi yerə çırpılacaq

15:15 19.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

NASA-nın "təqaüdə çıxmış" 270 kiloluq "Reuven Ramaty" Yüksək Enerjili Günəş Spektroskopik Görüntüleyicisi (RHESSI) sabah saat 11:30-da Yerə düşəcəyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, peyk düşən zaman hər kəsə zərər vurma ehtimalı var. Pentaqondan bildirilib ki, kosmik aparat 16 saatlıq "qeyri-müəyyənlik dövrü"nə malikdir, yəni peyk sabah günortadan sonra və ya cümə səhəri Yerə çırpıla bilər.

RHESSI 2002-ci ildə aşağı Yer orbitinə buraxılıb və növbəti 16 ili günəş alovlarını və tac kütlələrinin atılmasını müşahidə etməklə keçirib. Lakin düzəlməsi mümkün olmayan rabitə xətalarından sonra peyk 2018-ci ildə təqaüdə çıxıb.

NASA peykin əksər hissəsinin atmosferə daxil olduğu zaman parçalanacağını bildirsə də, bəzi detallarının yerə düşəcəyini proqnozlaşdırır.

Qeyd edək ki, daha böyük həcmli kosmik gəmilər əvvəllər də Yerə düşüb. Ən sonuncusu, noyabrda Çin öz kosmik stansiyasının modulunu kosmosa daşıdıqdan beş gün sonra 21 ton ağırlığında raket Cənubi Sakit okeana düşüb. Cənubi Sakit Okeanın müəyyən bir bölgəsi qəzaya uğrayan kosmik gəmilər üçün ümumi ərazi hesab olunur. Yeni Zelandiya ilə Çili arasında qalan okean suları kosmik gəmilərin salınması üçün "dünyanın istənilən quru hissəsindən ən uzaq yer" kimi seçilib.