Sabirabadda qanunsuz silahlar aşkarlanıb

15:35 25.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində 11 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.

 

Faktlar üzrə Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.