Sabirabadda qatarla traktor toqquşub, sürücü ölüb

14:48 09.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabadda qatarla traktor toqquşub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Xəlifəli kəndində qeydə alınıb. Qorunmayan dəmiryolu xəttini keçən traktoru qatar vurub. Nəticədə traktorun sürücüsü hadisə yerində ölüb.

 Faktla bağlı xətt polisində araşdırma aparılır.