Şabranda qanunsuz ov edənlər saxlanılıb

16:02 24.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayonun “Ağzıbir” ovçuluq təsərrüfatının ərazisində qanunsuz ov edən şəxsləri saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan hafta.az-a verilən məlumata görə, qanunsuz ov edənlər Sumqayıt şəhər sakini Emil Əliyev və Siyəzən rayon sakini Məhəmməd Nağıyev olub.

Həmin şəxslərdən 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları bataqlıq quşları aşkar edilib.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.