Qida mütəxəssisi supermarketlərdə qatqısız və sağlam olaraq satılan məhsulları alarkən diqqətli olmağı tövsiyyə edib.
Hafta.az-ın “Science Focus”a istinadən yazdığına görə, avstraliyalı qida alimi Dr. Emma Bekket sağlam olduğu düşünülən, lakin əslində həddindən artıq işlənmiş 6 qida haqqında yazıb.
BBC-nin aylıq elm və texnologiya jurnalı “Science Focus”da dərc olunan məqaləsində Bekket ultra işlənmiş qidaların metabolik və ürək-damar xəstəlikləri riskini artırdığını bildirib.
1. Premium hazır yeməklər:
Alim supermarketlərdə təmiz və premium etiketlərlə satılan əksər qidaların həddindən artıq emal edildiyinə diqqət çəkib. Hazır yeməklərin çox vaxt əlavə konservantlar, stabilizatorlar və yüksək miqdarda duz ehtiva etdiyinə diqqət çəkən Bekket, bu cür məhsullardan qaçınılması lazım olduğunu deyib.
2. Bitki mənşəli südlər:
Tərkibində laktoza olan süd və heyvan mənşəli məhsullara alternativ olaraq satılan bitki mənşəli məhsullar da ultra emal olunmuş qida kateqoriyasındadır. Qida eksperti bildirib ki, bu məhsullar hazırlanarkən bitkilər yüksək temperaturda qızdırılır, suyu sıxılır və toz halına salınır. O, kalsium kimi əsas komponentlərin sonradan əlavə edildiyini bildirib.
3. Ət əvəzediciləri:
Bitki mənşəli südlər kimi ət əvəzedici məhsullar da bitki mənşəli olmasına baxmayaraq, ultra emal olunmuş qida kateqoriyasına daxildir. Alim ultra emal olunmuş ət məhsullarının sağlamlığa zərərli olduğunu bildirsə də, qeyd edib ki, ət əvəzedici məhsullar sağlamlığa zərərli olmasa da, faydası da yoxdur.
4. Yemək əvəzedici içkilər:
Təbii qidaların sağlamlığa faydalı olan bioaktiv komponentlər ehtiva etdiyinə diqqət çəkən Bekket, yemək əvəzedici içkilərin müxtəlifliyi olmadığını və bu faydalı komponentləri ehtiva etmədiyini ifadə edib. Mütəxəssis bildirib ki, bu içkilər insana xəstəlik zamanı rahatlıq verə bilər, lakin təbii qidalarla balanslaşdırılmış şəkildə istehlak edilməlidir.
5. Səhər yeməyi taxılları:
Alim yulaf və buğda kimi az işlənmiş və şəkəri az olan taxılların sağlamlıq üçün faydalı olduğunu bildirib. Digər tərəfdən, o, daha mürəkkəb xırtıldayan qablaşdırmalarda emal edilmiş inqrediyentlərin mövcudluğunu və şəkərin çox yüksək olduğunu bildirib.
6. Qranola və protein çubuqları:
Barların çox işlənmiş qidalar olduğunu və yüksək miqdarda duz ehtiva etdiyini bildirən qida mütəxəssisi bəzilərində şəkər və əlavə maddələrin olduğuna da diqqət çəkib. Bununla belə, alim qranola və zülal barlarının əsas yeməklər və qeyri-sağlam qidalar əvəzinə istehlak edildikdə nisbətən daha az zərərli ola biləcəyinə diqqət çəkib.