Sahibə Qafarova beynəlxalq təşkilatlara çağırış edib

10:49 17.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin sədri Sahibə Qafarova beynəlxalq təşkilatları Azərbaycanın günahsız mülki vətəndaşlarının ölümünə səbəb olan terroru dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.

Hafta.az-ın məlumatına görə, parlamentin sədri bununla bağlı “Twitter” hesabında paylaşım edib. Spiker qeyd edib ki, Ermənistan terrorçu üzünü bir daha göstərdi:

“Bu gecə başqa bir SKUD ballistik raketi Azərbaycanın Gəncə şəhərinə tuş gəldi. Beynəlxalq təşkilatlar ilk olaraq, BMT Azərbaycanın günahsız mülki insanlarının həyatına səbəb olan bu terroru dayandırmaq üçün təcili tədbirlər görməlidir”.