Sahibə Qafarova Pakistan İslam Respublikasında işgüzar səfərdədir

10:08 13.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşündə iştirak etmək üçün Pakistan İslam Respublikasına işgüzar səfər edib.

Hafta.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.