Sahibsiz itlər 90 yaşlı qocanı parçaladı

12:20 25.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə sahibsiz itlər daha bir yaşlı insana hücum edərək onu parçalayıblar.

Hafta.az-ın yazdığına görə, hadisə ötən gün Diyarbəkirin Hazro rayonunun Dadaş Ağıl kəndi ərazisində baş verib. İddiaya görə, 90 yaşlı Faiq Dəlibaş dəstəmaz almaq üçün evinin qarşısına çıxıb və bu zaman itlərin hücumuna məruz qalıb. Delibaş aldığı xəsarətlər nəticəsində yerindəcə dünyasını dəyişib.

Kimsəsiz olduğu öyrənilən Dəlibaşdan xəbər ala bilməyən kənd sakinləri, eyni zamanda ətrafa yayılan pis qoxuya görə şikayət ediblər. Bölgəyə jandarma və sağlamlıq qrupları gəlib. Dəlibaşın qoxunun yayıldığı evinin qarşısına gələn qruplar qocanın itlər tərəfindən qismən parçalanmış cəsədi ilə qarşılaşıb. Meyit yarılma üçün Ədliyyə Tibb İnstitutuna aparılıb.