Şair Şöhlət Əfşar vəfat edib

18:37 06.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Şöhlət Əfşar vəfat edib.

Bu haqda hafta.az-a Yazıçılar Birliyindən xəbər verilib.

Qeyd edək ki, Şöhlət Əfşar (Axundov Şöhlət Əşrəf oğlu) 1949-cu ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olub.

"Sükutdan asılmışam” “Dodaqdan könüllərə” “Həyat sən öyrədən deyil, müəllim!” “Bu dünyanın havasına oynama”, şeirlər, poemalar, “Poema-Trilogiya” kimi kitabların müəllifidir.

Allah rəhmət eləsin!