Onlarca Azərbaycan hərbçisini qətlə yetirmiş erməni qadın snayperin öldürülməsini dünyaya car çəkən hayklar 1991-ci ilin yanvarında Milli Qəhrəman jurnalist Salatın Əsgərovanı və onunla eyni avtomobildə olan 3 hərbçisini qətlə yetirmiş terrorçu dəstənin başçısının fotosunu və tərcümeyi-halını paylaşaraq onu qəhrəman kimi təqdim ediblər.
Hafta.az-ın araşdırmasından bəlli olur ki, sosial şəbəkələrin erməni seqmentində payaşılmış məlumatda söhbət Şuşa rayonunun sovet dövründə Kirov, hazırda hayklar tərəfindən “Hinşen” adlanan Kiçik Qaladərəsi kəndinin 1953-cü il təvəllüdlü sakini Mkrtçyan Arno Mikayeloviçdən gedir.
Məlumatda Gorusda Pedaqoji İnstitutunun fizika fakültəsini bitirmiş Arnonun 1988-ci ildən kənddə özünümüdafiə dəstəsinə rəhbərlik etməyi, kustar üsulla silah-sursat düzəltməyi etiraf olunur. Keçmiş DQMV ali sovetinin deputatı olan A.Mkrtçyan 1991-ci il mayın 15-də Azərbaycan “OMON”-u və SSRİ daxili qoşunlarının hərbi qulluqçularının keçirdiyi “Həlqə” əməliyyatı zamanı həbs edilib.
Terrorçu 1993-cü il sentyabrın 20-də Bakı həbsxanasında ölüb.
Hayk terrorçusunun ölümündən sonra ona 1-ci dərəcəli döyüş xaç ordeni ilə təltif edildiyi bildirilir.
Təbii ki, ermənilər Arnonun Salatın Əsgərova və Azərbaycanı digər dinc sakinlərinin qətlində iştirakı qeyd olunmur.
Ancaq hələ SSRİ-nin mövcud olduğu 1991-ci ilin may-iyun aylarında Azərbaycan DİN-in rəhbər şəxsləri tərəfindən tərtib olunmuş hesabatlarda Milli Qəhrəman, jurnalist Salatın Əsgərova və 3 rus hərbçisinin də məhz Qaladərəsi və Kirov kəndlərində toplanmış erməni terrrorçuları tərəfindən edilən silahlı hücum nəticəsində qonşu Yexsaox(Sarıbaba, yaxud Salatınkənd) kəndində məhz Arno Mkrtçyanın başçılıq etdiyi dəstə tərəfindən qətlə yetirildiyi vurğulanır.
1991-ci ilin mayında Dağlıq Qarabağın erməni ekstremistlərindən təmizlənməsi üçün aparılan “Ümid” adlı hərbi milis əməliyyyatının qərargah rəisi təyin olunmuş istefada olan polkovnik Əzim Piriyevin müəllifi olduğu “Yarımçıq qalmış “Ümid” əməliyyatı…” sənədli povestində dərc olunmuş və müəllifin özü tərəfindən 16 may 1991-ci il tarixində hazırlanmış hesabatda deyilir:
“ ...“Molodyoj Azerbayjana” qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun öldürülməsində 8 nəfər iştirak edib. Onlardan 3-ü Yerevan şəhər sakinləridir: “Kristal” zavodunun fəhlələri Sasun və Andronik, Noradmane mikrorayonunun Şirak adlı sakini. Digər iki nəfər – Kirov kəndinin sakinləri Arno Mkrtçyan və Varujan Nasibyan olublar.
Daha sonra iyunun 1-də bilavasitə Azərbaycan Daxili İşlər naziri Məhəmməd Əsədovun adına yazılmış hesabatdan isə bəlli olur ki, Salatın Əsgərovanın qatillərindən olan Arno Mkrtçyanın atasının Kirov kəndindəki evindən onun Ermənistandakı terrorçu “Amaras” təşkilatının üzvü olması haqda sənəd tapılıb. Bundan əlavə, müəyyən olunub ki, həmin Arno Mkrtçyanla bərabər Kirov kəndinə gəlmiş 7 ermənistanlı müvəqqəti olaraq həmin kəndin sakinləri kimi qeydiyyata alınıb.
Hesabatlarda Qaladərəsi və Kirov kəndlərində saysız-hedsabsız atıcı silahlar, müxtəlif kalibrli patronlar, qumbara və minalar, radistansiyalar və s. aşkar edilməsi qeyd olunur”.
Onu da qeyd edək ki, 1990-cı il oktyabrın 21-də Kirov kəndi ilə qonşu Ağanus kəndi ərazisində mal-qara otaran kənd sakini Təvəkkül Məhərrəmov da bilavasitə adı çəkilən Arno Mkrtçyan tərəfindən qətlə yetirilib…
Allah şəhidlərimizə rəhmət, baiskar və icraçılara lənət eləsin!