Salyanda mağazadan 63 min manat oğurlanıb

12:32 04.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyan rayon sakini İslam Ağayev Rayon Polis Şöbəsinə müraciət edərək müxtəlif vaxtlarda ona məxsus inşaat materialları mağazasından pulunun oğurlanması və ümumilikdə ona 63.000 manat maddi ziyan dəyməsi barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan hafta.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törədən, əvvəllər zərərçəkmişə məxsus mağazada işləyən rayonun Arbatan kənd sakini Ruslan Mustafayev saxlanılıb.

Oxunma sayı 26