Şamaxıda həmyerlisi bıçaqlayan 17 yaşlı gənc tutulub

09:58 21.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şamaxıda bıçaqlanma hadisəsi olub.

Hafta.az-ın xəbərinə görə, hadisə rayonun Mədrəsə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2005-ci il təvəllüdlü Rəvan Comərdov münaqişə zəminində həmyerlisi, 1993-cü il təvəllüdlü Xəyal Pənahovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. R. Comərdov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.