Samsung aclıq aksiyası keçirən işçilərlə danışıqlar aparmağa razıdır

18:19 07.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Samsung India Electronics şirkəti Tamil Nadudakı zavodunda sentyabrın əvvəlindən tətil edən işçilərlə danışıqlara hazır olduğunu açıqlayıb. TASS bu barədə “Press Trust of India” (PToI) agentliyinə istinadən xəbər verir.

Şirkət sözçüsü bildirib ki, məqsəd işçilərlə birbaşa danışıqlar yolu ilə əmək haqqı, müavinət və iş şəraiti daxil olmaqla bütün məsələləri həll etməkdir. Şirkət tətil edənləri işə qayıtmağa çağırır. Tətilçilər ilə danışıqlar aparmaq qərarı münaqişənin tezliklə həllində israrlı olan Tamil Nadu hökumətinə də göndərilib.

Keçən həftə işçilər Tamil Nadu hökumətinin diqqətini maaşların artırılması və iş vaxtının azaldılmasına yönəltmək üçün bir günlük aclıq aksiyası keçiriblər. Aclıq aksiyasına Hindistan Həmkarlar İttifaqları Mərkəzi (CITU) da dəstək verib və bildirib ki, tətil işçilərin tələbləri tam yerinə yetirilənə qədər davam edəcək.

Sriperumbudurdakı Samsung zavodunda tətil sentyabrın 9-da başlayıb. Burada müəssisənin mindən çox işçisi iştirak edib. İşçilər əmək haqqının artırılmasını və iş vaxtının qısalmasını tələb edirlər. İşçinin hazırkı maaşı 25 min rupi, tələb olunan isə 36 min rupi təşkil edir.

Ləman