Samuxda yanğın olub, 1 nəfər xəsarət alıb

16:19 23.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Samuxda yanğın olub, 1 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Samux şəhərində ümumi sahəsi 12 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb, yüksək temperaturdan bitişik, ümumi sahəsi 250 m² olan birmərtəbəli evin dəhlizinin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.