Sankt Peterburqda keçiriləcək forumu Bilal Ərdoğan açacaq

09:40 16.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Sankt-Peterburqda keçiriləcək 7-ci Etno İdman Forumunun açılışını edəcək.

Hafta.az xatırladır ki, Bilal Ərdoğan Dünya Etno-idman Konfederasiyasının prezidentidir. Tədbirin təşkilatçıları bildiriblər ki, bu forum ənənəvi idmanın gələcəyini formalaşdırmaq və mədəni irsi qorumaq məqsədi daşıyır.

Forum etnosportun davamlılığını təmin etmək məqsədilə ənənə və hörmət prinsipləri çərçivəsində mühüm qərarların qəbul ediləcəyi platforma kimi müəyyənləşdirilib. Tədbirin məqsədi idman, mədəniyyət və təhsil sahələrində beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir. Proqramda panellər, eləcə də müxtəlif ənənəvi idman şouları və təqdimatlar olacaq.

Forumda Dünya Etnoidman Konfederasiyasının 39 institusional üzvü iştirak edəcək. İştirakçılar arasında Rusiya, Türkiyə, Yaponiya, Meksika, Argentina, Macarıstan və Monqolustan kimi ölkələrin nümayəndələri var.