Sankt-Peterburqda MDB ölkələrinin liderləri görüşəcək

10:00 27.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın sonunda Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

Hafta.az xəbər verir ki, bu haqda Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərlə söhbət zamanı deyib.

Bildirib ki: “Dekabrın sonunda ənənəvi olaraq son illər ərzində keçirildiyi kimi, Sankt-Peterburqda MDB ölkələri liderlərinin ənənəvi dostluq görüşü baş tutacaq. Bu qeyri-rəsmi olacaq”.O, hər hansı bir sənədin imzalanmasının planlaşdırılmadığını vurğulayıb.