Rusiyanın Sankt-Peterburq şəhərində “Putin Team Russia” markalı mağazalar şəbəkəsinin açılacağı açıqlanıb.
Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, ilk mağaza Nevskiy Center ticarət kompleksinin ikinci mərtəbəsində 100 kvadratmetr sahədə açılacaq. Brendin PR direktoru Yelizaveta Şişkina açılış tarixini 30 sentyabr olaraq bildirir.
Qəzet yazır ki, İtaliyanın kişi geyim markası Giovanni Botticelli daha əvvəl sözügedən ərazini icarəyə götürüb.
Yeni mağaza “Putin Team Russia”nın şəhərdə ictimaiyyətə açıq olan ilk mağazası olacaq. Brend 2022-ci ildən Pulkovo Hava Limanının gediş hissəsində satış nöqtəsinə malikdir, lakin ona yalnız uçuş bileti olan sərnişinlər daxil ola bilər.
Brendin qurucusu Dmitri Şişkin bildirib ki, yaxın 2024-2025-ci illərdə Sankt-Peterburqda beş yeni mağaza açmağı planlaşdırırlar. Şişkin həmçinin bildirir ki, hava limanındakı mağazaya “yüksək tələbat var”.
Orta qiymət seqmentində markanın Rusiya daxilində 36 mağazası var.