Saturnun peykində həyat üçün zəruri olan hidrogen sianid tapılıb

09:32 18.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

NASA-nın Saturn kəşfiyyat vasitəsi Cassini planet və onun peyki haqqında yeni məlumatlar əldə edib.

Hafta.az-ın “The Hill” qəzetinə istinadən yazdığına görə, NASA-nın Reaktiv Sürüş Laboratoriyasından olan tədqiqatçılar Saturnun peyklərindən olan Enseladda hidrogen sianidin varlığına dair güclü dəlillər tapdıqlarını bildiriblər.

Tədqiqatçı Conah Peter tapıntıları şərh edərkən, "Enseladın həyat üçün əsas tələblərə cavab verdiyi görünür" deyib. "Tədqiqatımız Enceladusun həyatın tikinti bloklarını yaratmaq və həyatı davam etdirmək üçün lazım olan bəzi molekullara ev sahibliyi etdiyini isbatlayır", - deyib Peter.

Sözügedən araşdırmanın nəticələri "Nature Astronomy" jurnalında dərc olunub.