“Şəffaflığa qarşı saxta “rus qanununa yox” layihəsi uğursuz oldu” - Mamuka Mdinaradze

09:10 20.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Şəffaflıq qanununa qarşı iradların və arqumentlərin olmadığını nəhayət təsdiqləyən prezident Salome Zurabişviliyə təşəkkür edirəm”.

Hafta.az-ın yazdığına görə, bunu parlamentin hakim çoxluğunun rəhbəri, millət vəkili Mamuka Mdinaradze deyib. Sosial şəbəkədə “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze yazır ki, müxtəlif nəsillərin hüquqşünasları uzun müddətdir ki, yeni veto növünün ixtirası haqqında uzun müddət müzakirə edəcəklər.

“Bizim konstruktiv təklifimizə gəlincə, veto proseduruna xarici tərəfdaşlar cəlb olundu, onlar imtina və destruktivlə cavab verdilər!. “Milli Hərəkat”, varlı “qeyri-hökümət təşkilatları”nın və onların tapşırıq verənlərin şəffaflığa və suverenliyə qarşı saxta layihəsi – “rus qanuna yox” uğursuz oldu!”, - Mamuka Mdinaradze yazır.

Oxunma sayı 163
Siyasət rubrikasından digər xəbərlər