Səfirlik ABŞ-a səfər qaydası ilə bağlı məlumat yayıb

18:56 07.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Azərbaycandakı Səfirliyi ABŞ-a səfər qaydası ilə bağlı məlumat yayıb.

Hafta.az xəbər verir ki, səfirliyin "Twitter" səhifəsindəki paylaşımda deyilir:

"Əgər səyahət edirsinizsə və bu yaxınlarda COVID-19-dan sağalmısınızsa, uçuşdan 90 gün əvvəl verilmiş müsbət viral testi və lisenziyalı tibb işçisi və ya ictimai səhiyyə işçisindən səyahət üçün icazə aldığınızı bildirən məktubu göstərə bilərsiniz".