Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında LənkərandaVətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə veteranları üçün psixoloji yardım aksiyası təşkil edilib. Ödənişsiz psixoloq və psixiatr xidmətlərinin göstərildiyi aksiyaLənkəran və Astara rayonlarını əhatə edib.
Qeyd edək ki, bundan öncə də müxtəlif bölgələrdə həmin əhali qrupuna ünvanlanmıştibbi və psixoloji yardım aksiyaları keçirilib və bu aksiyaların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub. Bu tədbirlərin əsas məqsədimüharibə nəticəsində doğmalarını itirmiş, habelə hərbi əməliyyatlarda iştirak etmiş şəxslərin qayğılarının diqqətdə saxlanılması və onların sağlamlıqlarının qorunmasına dəstək verməkdir.