Şəhid ailəsinin təbii qazla bağlı müraicəti həll olunub

16:10 26.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəhid ailəsinin təbii qazla bağlı müraicəti həll edilib.

“Azəriqaz” İstehsalat Birliyindən hafta.az-a bildirilib ki, Prezident İlham Əliyev daim müharibə veteranları və əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə xüsusi qayğı ilə yanaşır. Ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyi də Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş döyüşçülərin ailələrinə, həmçinin müharibə əlillərinə diqqət göstərir. Bu günlərdə Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Fikrət Əhmədovun oğlu Mehman Əhmədovun fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması və daxili qaz xətlərinin çəkilməsi barədə müraciətinə baxılıb. Birliyin rəhbərliyi M.Əhmədovun müraciətinə dərhal reaksiya göstərərək qısa zamanda evin qazlaşdırılması üçün layihə-smeta sənədlərinin hazırlanması barədə tapşırıq verib. Beləliklə M.Əhmədovun fərdi yaşayış evi qazlaşdırılıb və qaz sayğacı ilə təmin olunub.

Qeyd edək ki, 1955-ci il aprelin 12-də anadan olan polis kapitanı Əhmədov Fikrət Sərxan oğlu Şuşa, Ağdərə və Ağdam rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib, 1992-ci il sentyabrın 7-də şəhid olub.