Səhiyyə naziri işdən çıxarıldı

09:45 21.07.2021 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Koronavirusa yoluxma və bu xəstəlikdən ölüm hallarının artması səbəbindən Tunisin Səhiyyə naziri Fevzi Mehdi istefaya göndərilib. 

Hafta.az-ın yazdığına görə, bu barədə məlumatı Tunis Baş Nazirinin ofisi yayıb. "Baş nazir Hişam Meşişi, Səhiyyə naziri Fevzi Mehdinin işdən çıxarılmasına və yerinə Sosial işlər naziri Məhəmməd Trablusini təyin etməyə qərar verib", - Baş nazirin ofisindən yayılan xəbərdə deyilir. 

Xatırladaq ki, son vaxtlar Tunisdə yoluxma sayı və paralel olaraq ölüm halları artmaqdadır. Üstəlik, delta variantının sürətlə yayılması və sair kimi hallar ölkədə səhiyyə sisteminin ciddi tənqid obyektinə çevirib. Hökumət ehtiyyat edir ki, aşılama prosesindəki lənglik yaxın vaxtlarda Tunisi yeni dalğa ilə üz-üzə qoya bilər.

Qeyd edək ki, 11,7 milyon nəfər əhalisi olan Tunisdə indiyədək koronavirusdan 17644 nəfər yaşamını itirib. Ümumilikdə isə, 549 minə yaın tunisli virusa yoluxub.

Oxunma sayı 2575