Səhiyyə Nazirliyi Salyanda yol qəzası ilə bağlı məlumat yayıb

11:43 31.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səhiyyə Nazirliyi Salyan rayonunda baş verən yol qəzası barədə məlumat yayıb.

Nazirlikdən bildirilib ki, hadisə nəticəsində 2 nəfər aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. 

"Bir qadın bazu sümüyünün sınığı ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.