Şəkidə batut gimnastikası üzrə ölkə birinciliyi keçirildi

23:48 26.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

26 sentyabr tarixində Şəki şəhərində batut gimnastikası üzrə 9-cu ölkə birinciliyi təşkil olunub. Yarış, qarşıdan gələn III MDB Oyunları öncəsi sınaq xarakteri daşıyıb.

Hafta.az xəbər verir ki, birincilikdə “Ocaq Sport” Klubu və Bakı Gimnastika Məktəbinin idmançıları kiçiklər (2016–2018), uşaqlar (2013–2015), yeniyetmələr (2011–2012) və gənclər (2009–2010) yaş kateqoriyalarında fərdi və sinxron proqramlarda bacarıqlarını nümayiş etdiriblər.

Böyüklər yaş kateqoriyasında isə milli komandanın üzvləri nümunəvi çıxışlarla tamaşaçıların qarşısına çıxıblar.