Şəkidə fərdi yaşayış evində yanğın

23:57 03.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saat 22 radələrində Şəkinin Kiş kəndində, kənd sakini Zivər Şövkət qızı Xasməmmədovaya məxsus, ümumi sahəsi 120 kv/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. 

Yanğın nəticəsində evin zirzəmisində 5 kv/m sahədə olan taxta tullantıları, bir otağın döşəməsinin 3 kv/m-lik sahəsi və bir yataq dəsti yanıb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb. 

 

Faktla bağlı araşdırma aparılır.