Şəkidə kütləvi zəhərlənmə

18:00 27.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəkidə toyda kütləvi zəhərlənmə baş verib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Şəkidə toyda iştirak edən 21 nəfər zəhərlənib. Çeşməbelli kəndində məclisdə olan şəxslər toydan sonra Mərkəzi Rayon Xəstəxanasına müraciət ediblər.

Müraciət edənləri müayinə edən həkimlər onlarda dizbakterioz aşkarlayıblar. Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.