Şəmkirdə "VAZ" yanıb

23:00 23.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Şiştəpə kəndində “VAZ” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.