Yazını böyüt
Yazını kiçilt
Şəmkirdə və paytaxtda soyğunçuluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, noyabrın 25-də Şəmkir rayonunun Sarıtəpə kənd sakini D.İbrahimova zor tətbiq edərək soyğunçuluq yolu ilə 350 manat pulunu almaqda şübhəli bilinən şəhər sakini X.Nəsibov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Paytaxtda S.İbadovaya zor tətbiq edərək soyğunçuluq yolu ilə içərisində 2 ədəd mobil telefon və planşet olan çantanı almaqda şübhəli bilinən Bakı şəhər sakini R.Ağayev isə Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yaxalanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.