Səngəçal qəsəbə sakinləri ilə səyyar görüş keçirilib

15:04 24.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirib.

Hafta.az-ın yazdığına görə, qəbulda 30-a yaxın Sanqaçal qəsəbə sakini, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Sakinlərdən 13 nəfəri fərdi qaydada dinləyən RİH başçısı S.Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılov tərəfindən digər qəsəbələrdə də sakinlərlə görüşlər davam etdirilir.